Digər

Putin Kiyevi vuracaq: Trampa xüsusi mesaj göndərdi

26 May 2026, 10:56 3 baxış
Putin Kiyevi vuracaq: Trampa xüsusi mesaj göndərdi

ABŞ Dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrovla danışdıqdan sonra Rusiya Prezidenti Vladimir Putinin mesajını ABŞ Prezidenti Donald Trampa çatdırıb.


Axar.az xəbər verir ki, bu barədə Rubionun özü məlumat yayıb.


“Putin Lavrovdan ABŞ prezidentinə birbaşa mesaj çatdırmaq üçün mənə zəng etməsini istəyib. Mən də elə etdim. Amma təbii ki, artıq bütün diplomatik nümayəndəliklərə bildirişlərin göndərildiyini gördük. Onlar bütün səfirliklərə Kiyevdə vəziyyətin çox təhlükəli olacağını bildiriblər. Kiyev artıq bir neçə ildir ki, çox təhlükəlidir”.

Mənbə axar.az

Oxşar Xəbərlər