Digər

Təcili olaraq ABŞ-ın yardımına ehtiyac var - Zelenski

26 May 2026, 09:22 1 baxış
Təcili olaraq ABŞ-ın yardımına ehtiyac var - Zelenski

Ukraynanın təcili olaraq ABŞ-dan hərbi yardıma ehtiyacı var.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


"Hava hücumundan müdafiə ilə bağlı olaraq, biz bunu bütün tərəfdaşlarımızla müzakirə aparırıq. Təəssüf ki, Amerika ilə raket hücumundan müdafiə sistemlərinin istehsalını genişləndirməkdə uzun müddətdir heç bir irəliləyiş olmayıb", - deyə o qeyd edib.


Zelenski Avropanın maliyyə yardımı göstərdiyini, lakin ABŞ-ın liderliyinin vacib olduğunu vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər