Digər

Ukrayna hər gün min dronla hücuma keçə bilər

26 May 2026, 08:00 2 baxış
Ukrayna hər gün min dronla hücuma keçə bilər

Rusiyada may ayında Moskvaya PUA-larla edilən hücumlardan sonra Ukraynanın zərbələr üçün istifadə etdiyi dronların sayının əhəmiyyətli dərəcədə arta biləcəyi müzakirə olunmağa başlayıb.


Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi icmalçı Aleksandr Kovalenko danışıb.


O hesab edir ki, ilin sonuna qədər belə hücumların miqyası ciddi şəkildə genişlənə bilər:


“Ukrayna 2022-ci ildən etibarən yalnız zərbə dronlarını modernləşdirməyib, həm də onların sayını və tətbiq effektivliyini artırıb”.


Ekspert ayrıca Rusiyanın hava hücumundan müdafiə sistemlərinin vəziyyətinə diqqət çəkərək bildirib ki, onun qiymətləndirməsinə əsasən, bu sistemlər tədricən tükənir. Əsas səbəblər kimi o, HHM sistemlərinin çatışmazlığını, sursat qıtlığını, bəzi komplekslərin texnoloji problemlərini və Rusiyanın hava hücumundan müdafiə vasitələrinin müntəzəm itkilərini göstərib.


Kovalenko vurğulayıb ki, ilin sonuna qədər Ukrayna Rusiya ərazisinə hər gün 1000-ə qədər dron buraxa bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər