Siyasət

Rusiya-Azərbaycan gündəliyinin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb

26 May 2026, 01:12 2 baxış
Rusiya-Azərbaycan gündəliyinin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb
Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb. Oxu.Az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Rusiya-Azərbaycan gündəliyinin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. "Qarşıdan gələn yüksəksəviyyəli təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. Mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının vacibliyi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub. Çoxşaxəli Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, o cümlədən Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın əsaslarının gücləndirilməsi naminə səmərəli birgə işin davam etdirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub", - deyə XİN-in məlumatında vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər