Siyasət

Qarşıdurmada kritik məqam: Xameneinin gizli yerdə olması ABŞ üçün risk, yoxsa üstünlükdür? - VİDEO

26 May 2026, 01:18 2 baxış
Qarşıdurmada kritik məqam: Xameneinin gizli yerdə olması ABŞ üçün risk, yoxsa üstünlükdür? - VİDEO
Hörmüz boğazının açılması ilə bağlı Amerika Birləşmiş Ştatları və İran arasında gözlənilən razılaşma hələ əldə olunmayıb. Vaşinqtonda hesab edirlər ki, müqavilənin yekun mətnə çevrilməsi bir həftəyə qədər vaxt apara bilər. Buna səbəb isə İran daxilində qərarın qəbulunun ləngiməsidir. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. "The New York Post" ABŞ hökumətindəki mənbələrə istinadən yazır ki, Tehran Donald Trampın irəli sürdüyü şərtlərə əməl etməsə, Vaşinqton razılaşmadan geri çəkilə bilər. Yəni ABŞ şərtlər yerinə yetirilmədən heç bir güzəştə getməyəcək kimi görünür. Məlumata görə, razılaşmanın yekun mətninin İranın ali rəhbərliyinə çatdırılması bir neçə gün çəkə bilər.
Nəşr həmçinin iddia edir ki, Xamenei hazırda naməlum yerdədir və İran rəsmilərinin ona çıxışı çətinləşib. Bu məlumat rəsmi təsdiqini tapmasa da, prosesin niyə uzandığını izah edən əsas siyasi detal kimi təqdim olunur. Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu mövzunu şərh edərək bildirib: "Xameneinin gizli məkanda olması, təhlükəsizlik səbəbindən məhdud kommunikasiya imkanlarına malik olması və ya qərarların vasitəçilər vasitəsilə ötürülməsi diplomatik prosesi avtomatik şəkildə yavaşladır. Bu vəziyyət ABŞ üçün həm risk, həm də taktiki üstünlük yaradır".
Mənbə oxu.az

Oxşar Xəbərlər