İdman

"Volfsburq" tarixində ilk dəfə Bundesliqanı tərk etdi

26 May 2026, 01:54 2 baxış
"Volfsburq" tarixində ilk dəfə Bundesliqanı tərk etdi
"Volfsburq" tarixində ilk dəfə Bundesliqanı tərk edib. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu, "Paderborn 07" klubu ilə keçirilən cavab pley-off matçındakı 1:2 hesablı məğlubiyyətdən sonra baş verib. Komandalar arasında keçirilən ilk görüş qolsuz heç-heçə ilə yekunlaşmışdı. Bununla da, "Volfsburq" İkinci Bundesliqada çıxış edəcək. 1997-ci ildə klub yüksək diviziona yüksəlmişdi və bu günə qədər Bundesliqanı tərk etməmişdi. Qeyd edək ki, "Volfsburq" tarixində bir dəfə Bundesliqa çempionu olub. Klub həmçinin bir dəfə Almaniya Kubokunu və Almaniya Superkubokunu qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər