Digər
Livanda ölənlərin sayı 3185 nəfərə çatdı
İsrail Hərbi Hava Qüvvələrinin sutka ərzində Livanın cənub və şərq rayonlarına zərbələri nəticəsində 34 nəfər həlak olub, azı 62 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da 2 martda münaqişənin şiddətlənməsindən bəri ölənlərin sayı 3185, yaralıların sayı isə 9633 nəfərə çatıb.
Səhiyyə Nazirliyi qeyd edib ki, xilasetmə qrupları cənubdakı Nəbatiyyə əyalətində və Bekaa vadisində bombardman edilmiş yaşayış məntəqələrində dağıntıları təmizləməyə davam edir və itkilərin sayı arta bilər.
Mənbə
axar.az