Siyasət

Yaxın Şərqin gərginliyndən gələn "rahatlıq" - VİDEO

26 May 2026, 00:12 1 baxış
Yaxın Şərqin gərginliyndən gələn "rahatlıq" - VİDEO
Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında davam edən gərginliyin sona çatması və tərəflərin razılıq əldə etməsi ilə bağlı ard-arda gələn xəbərlər mühüm bir məsələni yenidən gündəmə gətirib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Tez-tez "razılaşmağa yaxınıq" bəyanatını verən tərəflərin, hətta bir neçə saat sonra yenidən təhdid dilinə keçməsi bütün dünyada eyni sualları doğurur: Yaxın Şərqdə niyə sülh bərqərar olmur? Regional qeyri-sabitlikdən faydalanan tərəflər kimlərdir? "Sülhə az qaldı", "razılaşmaya az qaldı" deyə-deyə aylar keçsə də, ortada hələ də heç bir real nəticə yoxdur. Deməli, onilliklərdir ABŞ, İsrail və İranın yürütdüyü "çəkindirmə", "sabitlik" və "qabaqlayıcı təhlükəsizlik" ritorikasının arxasında daha dərin geosiyasi reallıqlar dayanır. Nüfuzlu "Karneqi" beyin mərkəzi iddia edir ki, Yaxın Şərqdəki silahlı münaqişələrdən əsas oyunçular birbaşa fayda götürürlər. Bu cür "əbədi müharibələr" daimi təzyiq yolu ilə siyasi nəzarəti gücləndirir və kiçik bir qrupa nəhəng iqtisadi mənfəət gətirir. Lakin bu məqamda region liderlərinin xalqın və geniş kütlələrin sülh istəyini nəzərə almaması da açıq-aydın görünür.
Mənbə oxu.az

Oxşar Xəbərlər