Digər
Hizbullahın 600 döyüşçüsünü öldürdük - Netanyahu
İsrail ərazisinə PUA hücumlarına cavab olaraq Livandakı Hizbullah hədəflərinə qarşı zərbələri gücləndirmək niyyətindəyik.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Teleqram kanalında yazıb.
"Biz Hizbullahla müharibədəyik", - deyə o bildirib.
Netanyahu İsrail qüvvələrinin son bir neçə həftə ərzində Hizbullahın 600-dən çox üzvünü öldürdüyünü qeyd edib.
Mənbə
axar.az