Siyasət

İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" - VİDEO

25 May 2026, 21:28 2 baxış
İlham Əliyev: "May ayında Bakıda belə yağışın yağmasını mən xatırlamıram" - VİDEO
"May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da, yəqin ki, xatırlamırlar. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Torpaqlardan səmərəli istifadə, məhsuldarlıq və rayonlaşma mövzusuna toxunan dövlət başçısı çıxışına bu fikirlərlə davam edib: "Torpaqlardan səmərəli istifadə məsələsi. Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz". Prezident kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və torpaqların pasportlaşdırılmasının vacibliyini vurğulayaraq çıxışını bu sözlərlə tamamlayıb: "Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb. Ancaq hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə, fermer daha çox qazanc götürəcək".
Mənbə oxu.az