Digər

Babək Niftəliyev yeni vəzifəyə təyin olundu

25 May 2026, 20:18 1 baxış
Babək Niftəliyev yeni vəzifəyə təyin olundu

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.


Kult.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, B.Niftəliyev Xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.


Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.


Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. O, uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər