İdman
İtaliya futbolunda sürpriz qərar: Qattuzo "Latsio"ya gedir
İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo "Latsio"nun sükanı arxasında Mauritsio Sarrini əvəz edəcək. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkə səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, İtaliya klubu yaxın vaxtlarda mütəxəssislə müqavilə imzalayacaq. Qattuzonun "Latsio" ilə müqaviləsinin müddəti iki illik olacaq. Qeyd edək ki, 2025/2026 mövsümünün yekunlarına görə, "Latsio" İtaliya A Seriyasında 54 xal toplayaraq doqquzuncu yeri tutub.
Mənbə
oxu.az