İdman

Antonio Konte "Napoli" ilə yollarını ayırdı

25 May 2026, 16:48 13 baxış
Antonio Konte "Napoli" ilə yollarını ayırdı
İtaliyalı mütəxəssis Antonio Konte "Napoli"nin baş məşqçisi vəzifəsindən ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb. Konte 2024-cü ilin yayından komandaya rəhbərlik edirdi. O, "Napoli"dəki debüt mövsümündə klubu İtaliya çempionluğuna daşımışdı. İtaliya təmsilçisi Kontenin rəhbərliyi altında A seriyasında 2025/2026 mövsümünü ikinci yerdə başa vurub. Ümumilikdə, Kontenin rəhbərliyi altında "Napoli" bütün yarışlarda 91 oyun keçirib. Komanda 54 qələbə qazanıb, 19 heç-heçə edib və 18 dəfə məğlub olub. 56 yaşlı məşqçi karyerası ərzində İtaliya millisini, "Yuventus", "Çelsi", "İnter" və "Tottenhem" kimi klubları da çalışdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər