Digər

Simonyan Paşinyanı narkoman adlandırdı

25 May 2026, 15:15 18 baxış
Simonyan Paşinyanı narkoman adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə Rusiya əleyhinə şüarlarla gəlib və onunla razılığa gəlmək mümkün deyil.


Axar.az xəbər verir ki, bunu RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan deyib.


“Paşinyan narkotik təcrübələrində hətta Kiyev rejiminin lideri Vladimir Zelenskini də üstələyib. Ən təəccüblüsü odur ki, bu, artıq 2018-ci ildə aydın idi. Onun hakimiyyətə Rusiya əleyhinə şüarlarla gəldiyi, onunla danışıqlar aparmağın mümkün olmadığı, sadəcə vaxtı uzadıb daha böyük və daha sərfəli bir razılaşma üçün yenidən danışıqlar aparmağı gözlədiyi aydın idi”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər