Digər

İranda daha bir etirazçı edam edildi

25 May 2026, 12:05 18 baxış
İranda daha bir etirazçı edam edildi

İranda yanvar ayında keçirilən etiraz aksiyaları zamanı saxlanılan daha bir şəxs edam olunub.


Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.


Məlumata görə, İsfahan əyalətinin Nain şəhərində saxlanılan Abbas Əkbəri Feyzabadi dar ağacından asılıb.


O, hakimiyyətə qarşı silahlı üsyan, dövlət əmlakını qəsdən məhv etmək, ictimai təhlükəsizliyi pozmaq və ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə sui-qəsd ittihamları ilə mühakimə olunub.


Məhkəmənin iddiasına əsasən, Abbas Əkbəri Feyzabadi silah daşıdığını və açıq ərazidə atəş açdığını etiraf edib.

Mənbə axar.az

Oxşar Xəbərlər