Siyasət

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO

25 May 2026, 11:53 13 baxış
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib. Oxu.Az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub. Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Sonda Leyla Əliyevaya Qurani-Kərim hədiyyə olunub.


{{gallery}}
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər