Digər

Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo

25 May 2026, 08:00 19 baxış
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo

Avropa Birliyi (AB) heç bir əsas olmadan Rusiya ilə müharibəyə girməyə çalışır.


Axar.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo X səhifəsində yazıb.


Onun fikrincə, yaxın vaxtlarda yenidən Rusiya-Ukrayna məsələsi gündəmə gələcək:


"Artıq kansler Fridrix Merz dəli kimi Almaniyada Rusiyaya qarşı müharibəni alovlandırmağa çalışır. Fransa Prezidenti Emmanuel Makron, şübhəsiz ki, öz üzərinə düşəni etmək istəyəcək və tezliklə bizə çılğın sensasiya yaşadacaq".

Mənbə axar.az

Oxşar Xəbərlər