İdman
Fabreqasın rəhbərlik etdiyi "Komo"dan tarixi uğur - VİDEO
"Komo" İtaliya A Seriyasının 2025/2026 mövsümünün son - 38-ci turunda "Kremoneze"ni 4:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, mövsümün yekununa əsasən, Sesk Fabreqasın rəhbərlik etdiyi komanda 71 xalla dördüncü pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə əldə edib. "Komo" turnir cədvəlində "Milan"ı (70 xal) və "Yuventus"u (68 xal) qabaqlayıb. Turin klubunun ehtiyatda bir oyunu olsa da, şəxsi görüşlərin nəticələrinə görə "Komo"nu geridə qoya bilməyəcək.
İtaliyadan Çempionlar Liqasına vəsiqə qazanan digər komandalar isə "İnter", "Napoli" və "Roma" olub. Qeyd edək ki, Sesk Fabreqas "Komo"nun baş məşqçisi vəzifəsinə 2024-cü ilin yayında təyin olunub. Komanda ötən mövsümü A Seriyasında 10-cu pillədə başa vurmuşdu.

Mənbə
oxu.az