Digər

Qabriel Attal rəsmən prezidentliyə namizəd oldu

25 May 2026, 01:38 2 baxış
Qabriel Attal rəsmən prezidentliyə namizəd oldu

Fransanın keçmiş baş naziri Qabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib.


Axar.az xəbər verir ki, 37 yaşlı siyasətçi namizədliyini Aveyron departamentində yerləşən və təxminən 700 nəfər əhalisi olan Mur-de-Barrez kommunasında açıqlayıb.


Keçmiş hökumət başçısının mayın 30-da Parisdə böyük mitinq keçirməsi planlaşdırılır. Prezident düşərgəsində 2027-ci il seçkiləri üçün əsas favorit hesab olunan Eduar Filip ilə siyasi rəqabətin də daha da güclənəcəyi gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər