Digər

Szinpin Takaiçini tənqid etdi, Tramp isə...

25 May 2026, 00:13 3 baxış
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...

Çin Sədri Si Szinpin ABŞ Prezidenti Donald Trampla keçirilən ikigünlük sammit zamanı Yaponiyanın Baş naziri Sanae Takaiçini tənqid edib.


Axar.az xəbər verir ki, bu barədə "Kyodo News" diplomatik mənbələrə istinadən məlumat yayıb.


Məlumata görə, Si Szinpin Takaiçinin Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində siyasətini "neomilitarist" adlandırıb.


Mənbələrin bildirdiyinə görə, Tramp buna cavab olaraq Takaiçini tərifləyib və sammitdən sonra - mayın 15-də ABŞ təyyarəsinin göyərtəsindən ona zəng edərək ABŞ-Yaponiya müttəfiqliyini təsdiqləyib.


Takaiçi isə Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında ABŞ prezidentinin ona Si Szinpinlə görüşünün detalları barədə məlumat verdiyini bildirib, lakin söhbətin məzmunu ilə bağlı əlavə açıqlama verməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər