Digər
Milyonlarla avroluq maşın oğurlayan şəbəkə ifşa edildi
Fransada 27 avtomobil oğurluğunda şübhəli bilinən cinayətkar dəstənin üzvləri saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” qəzeti məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları oğurlanan 21 nəqliyyat vasitəsini aşkar edə bilib.
Bildirilir ki, oğurlanan avtomobillərin ümumi dəyəri təxminən 2 milyon avro təşkil edir.
Qəzetin yazdığına görə, oğurluq hadisələrində ümumilikdə 50-yə yaxın şəxs iştirak edib. Onlardan 12-si barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə
axar.az