Digər

Bizdə seriallar o qədər aşağı səviyyədə çəkilir ki... - Abıyeva

24 May 2026, 21:45 1 baxış
Bizdə seriallar o qədər aşağı səviyyədə çəkilir ki... - Abıyeva

Seriallar mənim üçün sənətdə yüksəlmək yolunda pilləkən idi, gələcək film həyatım üçün bir təcrübə idi. Bizdə seriallar o qədər aşağı keyfiyyətdə çəkilir ki... Azərbaycanda çəkilən seriallarda daimi qalmaq olmur. Sağlamlığını istəmirsənsə, çəkil. Bunu büdcə ilə əlaqələndirirəm. Büdcə yaxşı olmayanda yaxşı ssenarist olmur, yaxşı komanda olmur - heç nə yaxşı olmur. Bizdə aktyora-aktrisaya çox əziyyət verilir seriallarda.


Axar.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin Yutub layihəsində deyib.

Mənbə axar.az

Oxşar Xəbərlər