Digər
Filippində bina çökdü: 20 nəfər dağıntı altında qalıb
Filippinin Anxeles şəhərində tikilməkdə olan binanın çökməsi nəticəsində 20-dən çox insan dağıntılar altında qalıb.
Axar.az xəbər verir ki, bu barədə "GMA Nyus" telekanalı məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı indiyədək təxminən 20 nəfər xilas edilib. Xilasedicilər sağ qalan digər şəxslərin axtarışını davam etdirirlər.
Qeyd edək ki, hadisə şənbədən bazara keçən gecə baş verib.
Mənbə
axar.az