Digər
İsrail tərəfdarı Sloveniyada 4-cü dəfə baş nazir oldu
Sloveniya parlamenti sağçı siyasətçi Yanez Yanşanı dördüncü dəfə baş nazir vəzifəsinə təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
“Yanşa İsrailin güclü tərəfdarıdır və əvvəlki hökumətin 2024-cü ildə Fələstin dövlətini tanımaq qərarını açıq şəkildə tənqid edib.
O, həmçinin ABŞ Prezidenti Donald Tramp və Macarıstanın keçmiş Baş naziri Viktor Orban kimi şəxslərə siyasi cəhətdən yaxındır”, - məlumatda bildirilib.
Mənbə
axar.az