Digər

Kallasdan Rusiyanın hücumuna reaksiya: Alçaq terror aktları

24 May 2026, 14:53 18 baxış
Kallasdan Rusiyanın hücumuna reaksiya: Alçaq terror aktları

Rusiya döyüş meydanında çıxılmaz vəziyyətə düşüb, ona görə də şəhər mərkəzlərinə qəsdən zərbələr endirməklə Ukraynanı terrora məruz qoyur.


Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Kiyevi raket atəşinə tutması ilə bağlı deyib.


“Bunlar mümkün qədər çox mülki şəxsin ölümünə yönəlmiş alçaq terror aktlarıdır", - Kallas bildirib.


Qeyd edək ki, bu gün Rusiya ordusu paytaxt Kiyevə kütləvi raket hücumu edib. Hücumlar nəticəsində 2 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər