Digər
"Olifest" Bakını gözəllik, musiqi və hədiyyə meydanına çevirdi
Mayın 23-də "Olivia"nın təşkilatçılığı ilə ölkənin ən böyük gözəllik festivalı - "Olifest" keçirilib. Festival ilk gündən minlərlə insanı bir araya gətirərək Bakıda gözəllik, əyləncə və musiqinin ritmini yaradıb. Gün ərzində festival ərazisində yaşanan hərəkətlilik tədbirin təkcə gözəllik həvəskarları üçün deyil, ailələr, gənclər və şəhər sakinləri üçün də maraqlı görüş məkanına çevrildiyini göstərib. Tədbir gün ərzində iştirakçılara həm rəngarəng əyləncə, həm də faydalı məlumatlarla zəngin festival təcrübəsi yaşadıb. Festival məkanında müxtəlif kosmetika və baxım brendlərinin sərgi zonaları, hədiyyəli oyunlar, fotozonalar, musiqili atmosfer və interaktiv aktivliklər təşkil olunub. "Olifest"ə qatılan qonaqlar brendlərin məhsulları ilə yaxından tanış olub, yenilikləri sınaqdan keçirib və gün ərzində keçirilən oyunlarda iştirak edərək hədiyyələr qazanıblar. Festival ərazisində yaradılan xüsusi zonalar iştirakçılara həm alış-veriş, həm də əyləncə imkanı təqdim edib. Fotozonalar isə günün ən çox diqqət çəkən məkanlarından olub. Qonaqlar burada festival xatirələrini yadda saxlamaq üçün fotolar çəkdirib, musiqili atmosferin yaratdığı pozitiv enerji ilə xoş vaxt keçiriblər. Tədbirin əsas fərqləndirici cəhətlərindən biri onun yalnız əyləncəyönümlü deyil, həm də maarifləndirici olması idi. Festival səhnəsində dermatokosmetoloq Günay Mikayılova düzgün dəriyə qulluq rutini ilə bağlı çıxış edib. O, gündəlik baxım zamanı ən çox edilən səhvlər, dəri tipinə uyğun məhsul seçimi, təmizləmə və nəmləndirmə mərhələlərinin əhəmiyyəti barədə iştirakçılara faydalı tövsiyələr verib. Gün ərzində keçirilən aktivliklərdə bir neçə iştirakçı tərəfdaş brendlərdən hədiyyələr qazanıb. Festivalın ən yaddaqalan anlarından biri isə günün əsas qalibinin elan edilməsi olub. Qalib "Olivia" tərəfindən təqdim olunan 500 manatlıq hədiyyə kartını qazanıb. Saat 18:00-dan sonra "Olifest" daha da hərəkətli mərhələyə keçib. Musiqili proqram çərçivəsində səhnəyə çıxan Murad Arif enerjili ifası ilə festival iştirakçılarına unudulmaz anlar yaşadıb. Onun səhnə performansı "Olifest"in ilk gününü yüksək əhvali-ruhiyyə ilə tamamlayıb. Festivalda iştirak edə bilməyənlər üçün isə tədbir bu gün də davam edir. Mayın 24-də "Olifest" çərçivəsində vizajist Vəfa Həmzəyeva makiyaj sirləri haqqında danışacaq, iştirakçılarla peşəkar tövsiyələr bölüşəcək. Gecənin finalında isə səhnəyə Xalq artisti Aygün Kazımova çıxacaq. Diva öz möhtəşəm səhnə enerjisi ilə "Olifest"in ikinci gününə xüsusi ritm qatacaq.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az