Dünya

Türkiyədə sahibkarlardan "xərac" yığan, qadınları fahişəliyə cəlb edən şəbəkə ələ keçdi

21 May 2026, 18:30 1 baxış
Türkiyədə sahibkarlardan "xərac" yığan, qadınları fahişəliyə cəlb edən şəbəkə ələ keçdi
Türkiyənin Hatay vilayətində mağaza sahiblərinin üzərinə həftəlik 7-15 min lirə (təxminən 270-560 manat - red.) ödəniş tələbi qoyan, həmçinin qadınları zorla fahişəliyə məcbur edən cinayətkar təşkilata qarşı əməliyyat çərçivəsində 39 nəfər saxlanılıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, saxlanılanlardan 28-nin barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri mağaza və obyekt sahiblərindən "xərac" - qoruma adı altında pul yığıblar, qadınları masaj salonlarında fahişəliyə vadar ediblər, ödənişdən imtina edənləri hədələyiblər. Müəyyən edilib ki, təşkilat üzvləri qəsdən xəsarət yetirmə, soyğunçuluq, fahişəlik, təhdid, sələmçilik və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri də daxil olmaqla, 23 fərqli hadisədə iştirak ediblər. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda silah-sursat, narkotik vasitələr, boş imzalı sənədlər və müxtəlif valyutalarda pul vəsaitləri aşkarlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər