Dünya
Məşhur aktyor Kadir İnanır intubasiya edildi - FOTO
Ötən həftə vəziyyəti pisləşdikdən sonra xəstəxanaya aparılan və pnevmoniya diaqnozu qoyularaq reanimasiyaya yerləşdirilən türkiyəli məşhur aktyor Kadir İnanır intubasiya (tənəffüs yolunu açıq saxlamaq və ya dərman/narkoz vermək məqsədilə xəstənin nəfəs borusuna (traxeyaya) xüsusi plastik borunun (endotraxeal boru) salınması) edilib. Oxu.Az-ın "Hürriyet" nəşrinə istinadən xəbərinə görə, bu barədə 77 yaşlı aktyorun həyat yoldaşı Jülide Kural məlumat verib. "Təəssüf ki, Kadir intubasiya edildi. Ağciyərində pnevmoniyanın altında şiş tapıldı. Daha asan müdaxilə etmək, əziyyət çəkməməsi və nəzarət altında müalicə üçün intubasiyaya məcbur qaldı. Əlbəttə ki, çox riskli bir vəziyyətlə üz-üzəyik. Deyəcəklərim budur. İnşallah, gözəl xəbərlərini alarıq", - deyə Jülide Kural bildirib.
Mənbə
oxu.az