İdman
Futbolumuzda növbəti mövsümün transfer təqvimi məlum oldu
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü üçün "transfer pəncərələri"nin vaxtı bəlli olub. Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. Belə ki, yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-dək (saat 23:59), qış transfer dönəmi isə 2027-ci il yanvarın 14-dən fevralın 10-dək (saat 23:59) olacaq. 2027-ci il martın 31-i agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.
Mənbə
oxu.az