İdman

Azərbaycan millisini məğlub etmək üçün gəlmişik

03 Oct 2026, 20:36 1 baxış
Azərbaycan millisini məğlub etmək üçün gəlmişik

Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək.


Axar.az xəbər verir ki, bu barədə Litvanın baş məşqçisi Edqaras Yankauskas Bakıdakı mətbuat konfransında deyib.


"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq".


O, Andorra ilə görüşdə bəzi əsas futbolçulara istirahət verməsinə münasibət bildirib:


"Məncə, bu, doğru qərardır. Əsas oyunçuların yorğunluğu hiss olunurdu. Eyni zamanda ehtiyatdakı futbolçular da özlərini göstərmək istəyirlər".


Baş məşqçi Azərbaycan millisinin Lixtenşteynlə qolsuz heç-heçə etməsinə də toxunub:


"Belə oyunlarda rəqib müdafiəni bağlayır. Çoxsaylı hücumlara baxmayaraq bəzən qol vurmaq mümkün olmur. Qapıçının uğurlu oyunu, zərbələrin bloklanması kimi xırda detallar nəticəni müəyyənləşdirir".


Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər