“Qarabağ”dan daha bir transfer: bu hücumçunu alır - Foto
“Qarabağ” növbəti transferini gerçəkləşdirməyə yaxındır.
Axar.az qol.az-a istinadla xəbər verir ki, 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb.
Bildirilib ki, futbolçu Bakıda tibbi müayinədən keçəcək və daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.
“Qarabağ”ın futbolçu ilə maraqlandığı son günlər məlum olmuşdu. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir.
Qeyd edək ki, Zakariya Savo son 5 ayda Kiprin AEL klubunda uğurlu çıxışı ilə diqqət çəkib (22 oyuna 10 qol). O, müqavilə ilə “Yurqorden”ə (İsveç) məxsusdur. Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında da oynayıb.
Xatırladaq ki, "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.