İdman

"Qarabağ"dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəlir - FOTO

21 May 2026, 16:52 15 baxış
"Qarabağ"dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəlir - FOTO
Ağdamın "Qarabağ" klubunun heyətinə qatacağı daha bir yeni futbolçunun kimliyi məlum olub. Oxu.Az Kipr mediasına istinadən xəbər verir ki, 26 yaşlı qambiyalı forvard Zakaria Savo transfer prosesini yekunlaşdırmaq və müqavilə imzalamaq məqsədilə artıq Azərbaycana yola düşüb. Qeyd edək ki, mərkəz hücumçusu müqavilə hüquqlarına görə İsveçin "Yurqorden" klubuna məxsusdur. Futbolçu cari ilin yanvar ayından etibarən Kiprin AEL (Limassol) komandasının şərəfini icarə əsasında qoruyur. Zakaria Savo peşəkar karyerası ərzində İsveçin "BK Olimpik" və "Oskarshamns", həmçinin Norveçin "Start" klublarında da forma geyinib. Xatırladaq ki, "Qarabağ" bundan öncə, mayın 18-də fransalı vinger Jali Muaddibin də transferini rəsmən ictimaiyyətə açıqlamışdı.
"Qarabağ"dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəlir - FOTO "Qarabağ"dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəlir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər