Digər

Kuba ABŞ-a hücum etmək istəyir? Dəli olmusunuz?

21 May 2026, 15:14 15 baxış
Kuba ABŞ-a hücum etmək istəyir? Dəli olmusunuz?

Qərb mediasının Kubanın ABŞ-a hücum planları ilə bağlı yaydığı xəbərlər gülüş doğurur.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


“Başa düşürsünüz, bu, artıq “Homer gülüşünə” (qarşısıalınmaz qәhqәhә - red.) səbəb olur. Kubanın ABŞ-a hücum etmək istədiyini bildirən bir nəşri necə ciddiyə almaq olar? Onillərdir Amerika blokadası altında olan Kubada belə planları təsəvvür etmək çətin ki, mümkün olsun. İnformasiya və texniki blokada da daxil olmaqla, bütün mümkün halqalarla, yəni Amerikanın aqressiv qayğısı ilə əhatə olunmuş Kuba ABŞ-a hücum etmək istəyir? Başa düşürsünüz, ya müəllif dəli olub, ya da ictimai rəyi formalaşdırmağa hesablanan qəsdən törədilmiş təxribat barədə danışmalıyıq”, - o bildirib.


Qeyd edək ki, "Axios" Kubanın 300 dronla ABŞ-a hücuma hazırlaşdığı haqda iddia yaymışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər