Digər

Xamenei uranın İrandan çıxarılmasını qadağan etdi

21 May 2026, 15:21 14 baxış
Xamenei uranın İrandan çıxarılmasını qadağan etdi

İranın ali lideri Müctəba Xamenei İrandan zənginləşdirilmiş uranın ixracını qadağan edib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” İranın yüksək vəzifəli mənbələrinə istinadla məlumat yayıb.


“Müctəba Xamenei silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın xaricə çıxarılmaması barədə göstəriş verib.


Bu, Tehranın ABŞ-ın əsas tələblərindən birinə münasibətinin sərtləşdiyini göstərir. Xameneinin əmri ABŞ Prezidenti Donald Trampı daha da məyus edə və müharibəyə son qoymaq üçün danışıqları çətinləşdirə bilər”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər