Digər

İran Pakistandan vaxt istədi

21 May 2026, 14:37 14 baxış
İran Pakistandan vaxt istədi

İran rəsmiləri ABŞ-ın şərtlərini qiymətləndirmək və öyrənmək üçün Pakistandan vaxt istəyiblər.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” Pakistan rəsmilərinə istinadla məlumat yayıb.


Mənbənin sözlərinə görə, İranın zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında aparılan dolayı danışıqlarda əsas maneə olaraq qalır.


Qeyd edək ki, mayın 18-də İran Pakistan vasitəsilə ABŞ-a 14 maddəlik yeni təklif təqdim edib.

Mənbə axar.az

Oxşar Xəbərlər