Digər
Rusiyalı milyarder motosiklet qəzasında öldü - Foto
Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətində motosiklet qəzasında ölüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hadisə Miçurinski qəsəbəsi ərazisindən keçən yolda baş verib.
Milyarderin idarə etdiyi motosiklet qarşıdan gələn “Haval” avtomobili ilə toqquşub. Qəza nəticəsində Smirnov yerindəcə ölüb.
Polisin verdiyi məlmuata görə, qəzaya Smirnovun idarəetməni itirməsi səbəb olub.
Qeyd edək ki, Mixail Smirnov Rusiyada milyarderlərin siyahısında 108-ci yerdə qərarlaşıb.
Mənbə
axar.az