İdman
Misli Premyer Liqasında son tura Qəbələdə start verilir
Bu gün Misli Premyer Liqasında XXXIII - son turuna bu gün start veriləcək. Oxu.Az xəbər verir ki, tutun ilk oyunu Qəbələdə baş tutacaq. Şəhərin eyni adlı komandası "Şamaxı" ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 18:30-da çalınacaq. Bu oyunların nəticəsindən asılı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan Abbasovun kollektivi isə 8-ci pillədə başa vuracaq. Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
Mənbə
oxu.az