İdman
Unay Emeri Avropa Liqasında mütləq rekord müəyyənləşdirdi
"Aston Villa"nın baş məşqçisi Unay Emeri karyerasında beşinci dəfə Avropa Liqasının qalibi olub. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu nailiyyət turnirin tarixində mütləq rekorddur. Emeri bu uğura İngiltərə təmsilçisinin turnirin final matçında Almaniyanın "Frayburq" komandasına 3:0 hesabı ilə qalib gəlməsi sayəsində imza atıb. İspaniyalı mütəxəssis bundan əvvəl üç dəfə "Sevilya" ilə (2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində), bir dəfə isə "Vilyarreal"la (2020/2021 mövsümündə) Avropa Liqasının (əvvəlki adı ilə UEFA Kuboku) kubokunu baş məşqçi kimi başı üzərinə qaldırıb.
Mənbə
oxu.az