İdman

"Qarabağ" yeni transferin anonsunu verdi: Tezliklə...

20 May 2026, 19:55 6 baxış
"Qarabağ" yeni transferin anonsunu verdi: Tezliklə...

“Qarabağ” klubu rəsmi İnstaqram hesabında etdiyi paylaşımla növbəti transferinin anonsunu verib.


Axar.az xəbər verir ki, növbəti mövsüm ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək Ağdam klubu paylaşımda “Tezliklə” qeydini yazaraq yeni futbolçu ilə razılıq əldə olunduğuna işarə vurub.


Qeyd edək ki, “köhlən atlar” bundan əvvəl fransalı yarımmüdafiəçi Jali Muaddiblə 3 illik müqavilə imzalayaraq yay transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışacaq və komandada 7 nömrəli formanı geyinəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər