Cəmiyyət
Masazırda təmir zamanı qaz xətti zədələndi, qəsəbə qazsız qaldı
Abşeron rayonunun Masazır qəsəbəsində xüsusi texnika ilə qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən saat 15:35-dən Masazır qəsəbəsinin qaz təchizatı dayandırılıb. Qeyd edilib ki, qaz təchizatı təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
Mənbə
oxu.az