Cəmiyyət

Bakıda davamlı şəhərlər və hava keyfiyyəti ilə bağlı yüksəksəviyyəli forum keçirilir

20 May 2026, 15:26 3 baxış
Bakıda davamlı şəhərlər və hava keyfiyyəti ilə bağlı yüksəksəviyyəli forum keçirilir
Paytaxt Bakı "Yeni şəhər gündəliyi üçün ilham: Davamlı şəhərlər üçün hava keyfiyyətinin və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli foruma ev sahibliyi edir. Oxu.Az xəbər verir ki, sözügedən tədbir WUF13 çərçivəsində həyata keçirilir və IDEA İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gəlib. Forum zamanı IDEA-nın təmsilçisi Ceyhun Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri olan Leyla Əliyevanın iştirakçılara ünvanladığı müraciətini səsləndirib. Görüşdə ekoloji cəhətdən təmiz havanın yaşayış üçün əlverişli şəhərlərin mühüm tərkib hissəsi qismində şəhərsalma prosesinə daxil edilməsi yolları müzakirə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər