Cəmiyyət

Anaklaudia Rossbax: "Azərbaycandakı intensiv yağıntılar ölkənin ekstremal hadisələrə hazırlığını nümayiş etdirdi"

20 May 2026, 11:06 3 baxış
Anaklaudia Rossbax: "Azərbaycandakı intensiv yağıntılar ölkənin ekstremal hadisələrə hazırlığını nümayiş etdirdi"
"Hazırda dünyada bir milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur". Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimədavamlı mənzillərin sayını necə artıra bilərik?" mövzusunda sessiyada deyib. O bildirib ki, son günlər Azərbaycanda müşahidə olunan intensiv yağıntılar ölkənin ekstremal hava hadisələrinə hazırlığını nümayiş etdirib. "Yağıntının həcmi normadan xeyli artıq idi. Buna baxmayaraq, forumun ev sahibi olan Azərbaycanın bu vəziyyətlə necə mübarizə apardığının şahidi olduq", - deyə Anaklaudia Rossbax qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər