Cəmiyyət

Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO

20 May 2026, 10:19 3 baxış
Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO
"Şəhər problemləri üzərində birlikdə işləməliyik". Oxu.Az xəbər verir ki, bunu İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə Direktor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri" adlı tədbirdə deyib. O bildirib ki, müxtəlif sahələr üzrə bilik və bacarıqları bir araya gətirməklə konkret və təcili problemlərə uyğun komandalar yarada bilərik: "Avropanın bir çox şəhərində problem bilik və ya texniki imkan çatışmazlığı deyil. Problem inteqrasiyanın, vahid və multidissiplinar yanaşmanın olmamasıdır. Biz şəhərləri hələ də XIX əsrdə olduğu kimi - funksional, parçalanmış və ayrı-ayrı sektorlar şəklində planlaşdırırıq. Mobillik, enerji, ictimai məkan və memarlıq ayrı-ayrılıqda planlaşdırılır. Halbuki biz bunu fərqli etmək istəyirik". O vurğulayıb ki, şəhərlər sürətlə böyüyür, bəziləri isə kiçilir, amma biz artıq urbanizasiya olunmuş bir planetdə yaşayırıq: "Şəhərlər həm problemin, həm də həllin bir hissəsidir. İstixana qazı emissiyalarının təxminən 70%-i şəhərlərdə yaranır. Eyni zamanda cəmiyyətlərimiz də sürətlə dəyişir. Artıq yalnız "24/7" işləyən cəmiyyət deyil, həyat və iş tərzimizin hər gün fundamental şəkildə dəyişdiyi bir dövrdə yaşayırıq".
{{gallery}}
Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO Haris Piplas: "Şəhərləri hələ də XIX əsrdə olduğu kimi planlaşdırırıq" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər