Cəmiyyət
Ürəyində problem olanlar üçün ikiqat təhlükə: Hantavirus hansı fəsadlara yol açır?
Hantavirusa yoluxma zamanı ürək xəstəlikləri olan insanlarda ağırlaşma riski digərlərinə nisbətən daha yüksəkdir. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə uruqvaylı kardioloq Alexandro Kroker məlumat verib. O qeyd edib ki, xroniki və yanaşı xəstəliklər hantavirus infeksiyası zamanı fəsadların inkişaf riskini əhəmiyyətli dərəcədə artırır: "Ürək xəstəlikləri də burada istisna deyil. Bu qrupdan olan xəstələrdə ağırlaşmalar daha tez-tez və kəskin formada yaranır", - deyə həkim bildirib. Mütəxəssisin sözlərinə görə, hantavirus insanda miokardiopatiyaya (ürək əzələsinin funksiyasının pozulması və zədələnməsi) səbəb ola bilər ki, bunun da sonradan xroniki ürək çatışmazlığına çevrilməsi istisna olunmur.
Mənbə
oxu.az