İdman

"Arsenal"ın futbolçusu İngiltərə Premyer Liqasının tarixinə düşdü

20 May 2026, 01:46 2 baxış
"Arsenal"ın futbolçusu İngiltərə Premyer Liqasının tarixinə düşdü
"Arsenal"ın 16 yaşlı yarımmüdafiəçisi Maks Dauman İngiltərə Premyer Liqasının qalibi olan ən gənc oyunçu olub. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. İngiltərə çempionatının 37-ci turunun oyununda "Mançester Siti"nin "Bornmut"la bərabərə qalmasından (1:1) sonra "Arsenal" çempionluq titulunu təmin edib. Dauman 16 yaş 139 günlüyündə çempion olub. Daha əvvəl bu rekord "Mançester Siti"nin ilk çempionluğunu 17 yaş 350 günlüyündə qazanan oyunçusu Fil Fodenə məxsus idi. Cari mövsümdə Dauman Premyer Liqada beş oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər