İdman
İngiltərə Premyer Liqası: Çempion müəyyənləşdi - VİDEO
İngiltərə Premyer Liqasının 37-ci turunda "Bornmut" evdə "Mançester Siti"ni qəbul edib. Oxu.Az xəbər verir ki, "Vitaliti" stadionunda keçirilən görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Matçın 39-cu dəqiqəsində Eli Krupi meydan sahiblərini hesabda önə çıxarıb. 90+5-ci dəqiqədə isə Erlinq Holand hesaba tarazlıq gətirib.
Bu nəticə sayəsində "Arsenal" çempionatın başa çatmasına bir tur qalmış ölkə çempionu titulunu qazanıb. Belə ki, 37 oyundan sonra zirvədə qərarlaşan London təmsilçisinin hesabında 82 xal var. İkinci pillədəki "Mançester Siti" isə 78 xala malikdir. Sonuncu 38-ci turdan qabaq "topçular" "şəhərlilər"i dörd xal qabaqladığına görə, "Mançester Siti"nin çempionluq şansları qalmayıb.

Mənbə
oxu.az