İdman

Marko Yankoviç "Qarabağ"dan ayrıla bilər

19 May 2026, 23:42 7 baxış
Marko Yankoviç "Qarabağ"dan ayrıla bilər
"Qarabağ"ın futbolçusu Marko Yankoviç komandasını dəyişə bilər. Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Elçin Cəfərov məlumat yayıb. Monteneqrolu yarımmüdafiəçi ilə Türkiyənin "Konyaspor" klubu yaxından maraqlanır. İddialara əsasən, Konya təmsilçisi hazırda Ağdam klubunda illik təxminən 60 min dollar qazanan futbolçuya 70-80 min dollar civarında maaş təklif edib. Bildirilir ki, transfer baş tutacağı təqdirdə, "Qarabağ" klubu oyunçunun keçidi üçün təxminən 1 milyon dollar gəlir əldə edə bilər. Qeyd edək ki, bununla bağlı hələlik klublar tərəfindən rəsmi açıqlama verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər