İdman

"Sumqayıt" - "Qarabağ" matçının biletləri satışa çıxır

19 May 2026, 21:03 7 baxış
"Sumqayıt" - "Qarabağ" matçının biletləri satışa çıxır

"Sumqayıt" Misli Premyer Liqasının 33-cü turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.


Axar.az xəbər verir ki, mayın 22-də saat 19:30-da baş tutacaq matçın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.


Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 10 və 20 manatdır.


Bilet almaq üçün bu linkə daxil ola bilərsiniz.


Mənbə axar.az

Oxşar Xəbərlər