İdman

İstanbul nəhəngindən səs-küylü transfer planı: İkardinin xələfi bəlli oldu - FOTO

19 May 2026, 20:12 7 baxış
İstanbul nəhəngindən səs-küylü transfer planı: İkardinin xələfi bəlli oldu - FOTO
"Qalatasaray"ın tezliklə müqavilə müddəti başa çatacaq ulduz futbolçusu Mauro İkardi ilə yollarını ayıracağı gözlənilir. Oxu.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, İstanbul təmsilçisinin rəhbərliyi argentinalı hücumçu ilə hələ ki, yeni müqavilə barədə heç bir rəsmi danışıq aparmayıb. İddialara görə, "sarı-qırmızılar" hücum xəttində yaranacaq boşluğu məhz Omar Marmuşun transferi ilə doldurmağı planlaşdırır. Xatırladaq ki, Omar Marmuş 2025-ci ilin yanvar ayında 75 milyon avro qarşılığında İngiltərənin "Mançester Siti" klubuna keçid etmişdi. Gənc forvard cari mövsüm ərzində meydana çıxdığı 35 qarşılaşmada rəqib qapılarından ümumilikdə 8 top keçirib.
İstanbul nəhəngindən səs-küylü transfer planı: İkardinin xələfi bəlli oldu - FOTO İstanbul nəhəngindən səs-küylü transfer planı: İkardinin xələfi bəlli oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər