Dünya

Andrey Yermak üç milyon dollar girov müqabilində təcridxanadan azad edilib - VİDEO

18 May 2026, 14:56 10 baxış
Andrey Yermak üç milyon dollar girov müqabilində təcridxanadan azad edilib - VİDEO
Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermak 140 milyon qrivna (təxminən 3 milyon dollar) məbləğində girovun tam ödənilməsindən sonra istintaq təcridxanasından sərbəst buraxılıb. Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün "Telegram" kanalında məlumat yayıb.
Qonçarenko tərəfindən paylaşılan görüntülərdə Yermakın və onu müşayiət edən şəxsin əşyaları ilə birlikdə təcridxana binasını tərk edərək qara rəngli "Mercedes-Benz" avtomobilinə əyləşib getdikləri görünür. Bildirilib ki, azadlığa çıxdıqdan sonra Yermak müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışı ilə dərhal gəlməyə, müvafiq icazə olmadan Kiyevi tərk etməməyə borcludur. Həmçinin o, yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən xəbərdarlıq etməli və iş üzrə digər təqsirləndirilən şəxslərlə hər hansı bir əlaqədən çəkinməlidir. Sabiq aparat rəhbəri xaricə getmək üçün nəzərdə tutulan pasportlarını miqrasiya xidmətinə, diplomatik pasportları və Ukraynadan çıxış hüququ verən digər sənədlərini isə Xarici İşlər Nazirliyinə təhvil verməlidir. O, eyni zamanda, elektron qolbaq da taxmaq məcburiyyətindədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər